Fransanın siyasi dairələri təxribatçı əməllərini davam etdirirlər.
BUTA.TV xəbər verir ki, bu barədə Qərbi Azərbaycan İcmasının bəyanatında deyilir.
Bəyanatda, həmçinin qeyd edilir:
"Bu günlərdə Fransanın Lion şəhərinin meri Qreqori Duse erməni diasporasının bir qrup radikal üzvləri ilə birlikdə “böyük ermənistan” adlanan sərsəm xülyanın xəritə təsviri qarşısında fotoşəkil çəkdirərək, region ölkələrinin ərazi bütövlüyünə qarşı qəsd etmiş və regionda gərginliyi artırmaq üçün Ermənistandan alət kimi istifadə etməyə cəhd etmişdir.
99 yaşlı Ömər Eldarov xəstəxanaya yerləşdirildi - Açıqlama-Yenilənib
Xatırladaq ki, Qreqori Duse vaxtilə məlum separatçı dairələrlə müntəzəm görüşlər keçirərək, Azərbaycanın ərazi bütövlüyünə qarşı fəaliyyətə fəal dəstək vermişdir. Bundan əlavə, Lion meri Ermənistanda Azərbaycan mədəni irsinin yer üzündən silinməsində yaxından iştirak edir. Məhz onun təşəbbüsü ilə, Lion meriyası və İrəvan bələdiyyəsi İrəvandakı tarixi Təpəbaşı məhəlləsinin qalıqlarının dağıdılması layihəsinə başlamışlar.
Qərbi Azərbaycan İcması Qreqori Dusenin təxribatçı hərəkətlərini və Fransa siyasi dairələrində geniş vüsət almış Azərbaycanofobiyanı kəskin şəkildə qınayır və Fransadan destruktiv əməllərinə son qoymağı tələb edir".
- Milyonluq mənimsəməyə görə tutulan rəis barədə qərar...
- DSX hərbçisi vəfat etdi - Foto
- DSX-nin hərbçisi vəfat edib - Foto
- İstirahət günü hava necə olacaq?
- “O vaxt körpə idi, indi isə finalda rəqibimdir” - Video
- FHN Qəbələdə məşhur oteldə təlim keçirdi - Foto
- Hirkan Milli Parkı zibil tullantılarının əsirinə çevrilib - Foto
- Maşını xəttə uyğun saxladı, amma yenə cərimələndi - Video