Goranboyun bir neçə kəndinə güclü yağış və dolu yağıb.
BUTA.TV-ın Report-a istinadən məlumatına görə, dolu əsasən rayonun Zeynallı, Nərimanlı və Boluslu kəndlərinə düşüb.
Təxminən 10 dəqiqədən artıq davam edən təbiət hadisəsi zamanı tut, alça, ərik və digər meyvə ağaclarına zərər dəyib.
Dolu bir neçə avtomobil də zərər vurub. Sakinlər bildirib ki, son bir neçə ildə adıçəkilən kəndlərdə bu ölçüdə dolu müşahidə edilməyib.
Qeyd edək ki, Qərb bölgəsində yağıntılı hava şəraiti müşahidə olunur. Günorta saatlarında bölgədə Tovuz və Göygöl rayonlarına da dolu yağıb. Hazırda yağıntılı hava şəraiti davam edir.
- Rusiyada 3 azərbaycanlı barədə qərar verildi
- Böyük Britaniya Çingiz Əliyevə sanksiyalar tətbiq etdi
- Xəzər dənizi ilə bağlı növbəti mühüm iclas keçirildi
- AMEA Kamran Əsədova fəxri diplomu nə vaxt verib?
- Azərbaycanda bu mobil operator fəaliyyətini dayandırdı
- Azərbaycana qarşı bu qətnamənin heç bir əsası yoxdur
- Paşinyandan paylaşım: Azərbaycan qatarı Ermənistanda - Video
- Amnistiya tətbiq ediləcək şəxslərin siyahısı... - Nazirlik