Bakıda qabırğa ağrısı şikayəti ilə xəstəxanaya aparılan 17 yaşlı qız iki gün sonra tibb müəssisəsində vəfat edib.
“BUTA TV” "Xəzər "TV-yə istinadla xəbər verir ki, hadisə Sabunçu rayonu, Maştağa qəsəbəsində baş verib. Qəsəbə sakini Ümüd Quliyev deyir ki, qızı Nuranə Quliyevanı bu il fevralın 5-də Maştağada yerləşən 7 nömrəli Birləşmiş Şəhər Xəstəxanasına aparıb. İki gün sonra, fevralın 7-də qızı dünyasını dəyişib. Ata iddia edir ki, həkimlər adı bilinməyən iynələri vurduğu üçün qızı dünyasını dəyişib.
Ü.Quliyev Ata qızı xəstəxanda olduğu 2 gün boyunca həkimin tapşırdığı iynə-dərmanların hamısını alaraq xəstəxanaya çatdırdığını əlavə edib.
Atanın sözlərinə görə, qızı dünyasını dəyişəndə heç həkim xəstəxanada olmayıb, təlimatları tibb bacısına telefonla verib. Valideynləri dərhal gənc qızın cansız bədənini Məhkəmə-Tibb Ekspertiza və Patoloji Anatomiya Birliyinə aparıblar. Ekspertizanın nəticəsinə görə, ölüm səbəbi beynə qansızma olub.
Niderlandlı qadına Şəkidə itlər hücum etdi - Belə xilas olundu+Video
Valideynin iddiasına əsasən, Sabunçu Rayon Prokurorluğunun araşdırmasında tibb bacısının xəstəyə adını bilmədiyi iynəni vurduğu açıq şəkildə qeyd olunub
Maştağada yerləşən 7 nömrəli Birləşmiş Şəhər Xəstəxanadan isə sualları cavablandıran tapılmayıb. TƏBİB-dən isə bildirilib ki, məsələdən məlumatsızdırlar və hadisə araşdırılacaq.
- Ata-anası “Sədərək”dən cehiz almağa getdi - 17 yaşlı qız sığınacağa qaçdı
- Əliyevalar klassik avtomobil sərgisində - Fotolar
- Rusiya meşə yanğını yaşayış sahələrinə çatır
- Rusiya danışıqlara açıqdır - Kreml
- Hörmüzdə neft tankeri hücuma məruz qaldı
- Marseldə atışma: ölən və yaralananlar var
- “Turan Tovuz” uduzdu, Berdiyevin istefasını tələb etdilər - Video
- Gürcüstanın bu zavodu rus neftindən tamamən imtina etdi