"Avroviziya"nın iştirakçısı İsveçdə mühakimə oluna bilər

01:54 - 14 May 2024 - GÜNDƏM

Avroviziya-2024 mahnı müsabiqəsinin niderlandlı iştirakçısı Yost Klyayn etdiyi təhdidlərə görə cinayət təqibinə məruz qala bilər.

Kult.az xəbər verir ki, polis istintaqı əsasən başa çatıb, ilkin məhkəmə baxışı artıq müəyyən edilib.

Yost Klyayn Avropa Yayım Birliyinin əməkdaşına qarşı qanunsuz təhdidlər etməkdə şübhəli bilinir ki, bu da hökm çıxarıldıqda cərimələrə səbəb ola bilər.

İşə "sürətləndirilmiş məhkəmə təqibi" çərçivəsində baxılır, yəni polis müdaxilədən dərhal sonra cinayəti araşdırır. "Sürətləndirilmiş təqib" çərçivəsində şübhəlinin sənədləşmə işlərində iştirak etməli olduğu vaxt da göstərilir. Bu müddət başa çatdıqdan sonra iş prokurora verilir.

Yost Klyayn saxlanılmayıb və ötən bazar günü, mayın 12-də İsveçi tərk edib.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol