Zəngəzur üçün nümunə: “Kalininqrad modeli” nədir?

12:54 - 15 May 2024 - GÜNDƏM

 Zəngəzur üçün nümunə: “Kalininqrad modeli” nədir?

Bir müddət öncə Litvanın İrəvandakı səfiri Andrius Pulokas jurnalistlərə açıqlamasında Azərbaycan və Ermənistan arasında kommunikasiyaların açılması məsələsində “Kalininqrad modeli”nin tətbiqini münasib görmüşdü. Hətta Pulokas ermənilərin Zəngəzur dəhlizinin açılmasından sonra müharibə narahatlığına da cavab vermişdi. Səfir bildirmişdi ki, Rusiyanın Ukraynadakı müharibəsi kontekstində belə materik Rusiya və Kalininqrad vilayətinin sakinləri Litva ərazisindən rahat keçirlər.

BUTA.TV xəbər verir ki, həmin vaxt litvalı səfirin bu açıqlaması İrəvanda siyasi dairələrdə geniş müzakirəkərə səbəb oldu.

Qarabağdakı keçmiş və özünü buraxmış separatçıların qondarma “müdafiə naziri” olmuş Samvel Babayan da Azərbaycana Naxçıvana çıxış üçün Kalininqrad modelinin tətbiqini dəstəkləyib.

Bəs, Kalininqrad modeli nədir?

“Kalininqrad modeli” ifadəsi 4 ölkə - Litva, Polşa, Belarus və Rusiya (Kalininqrad vilayəti) arasında yerləşən, Kalininqradla Belarusu birləşdirən təxminən 100 km-lik Suvalk dəhlizidir.

Soyuq müharibə zamanı bu dəhlizin elə bir ciddi əhəmiyəti yox idi. Çünki Litva, Belarus və Kalininqrad SSRİ ərazisi, Polşa isə sosialist ölkəsi idi. Ona görə də bu ərazidən istifadə üçün hansısa sazişdən, icazədən istifadəyə gərək yox idi. Soyuq müharibə başa çatdıqdan, SSRİ-nin dağılması ilə müstəqil dövlətlərin yaranmasından sonra bu dəhlizin əhəmiyyəti artmağa başladı.

90-cı illərdə Rusiya ilə Litva arasında dəhliz səbəbindən müəyyən gərginliklər yarandı. Xüsusilə Rusiya bu yola eksterritoriallıq tələb edirdi. Nəticədə Litva Rusiyaya yalnız malların sərbəst keçidinə icazə vermişdi.

2003-cü ildə Rusiya və Litva arasında sadələşdirilmiş tranzit mexanizmləri haqqında saziş əldə edildikdən sonra Rusiyanın nəqliyyat vasitələri dəhlizdən sərbəst keçməyə başladı.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol