“Tesla” şirkətinin rəhbəri İlon Maskın transgender övladı Vivian Uilson İspaniyanın məşhur “Desigual” moda brendinin süni intellektə qarşı yönəlmiş etiraz kampaniyasında çəkilib.
“BUTA.TV” “The Independent” nəşrinə istinadla xəbər verir ki, brendin 2026-cı il üçün nəzərdə tutulan reklam çarxı “Born to Disobey” (“İtaət etməmək üçün doğulanlar”) adlanır.
Çarxda Uilson “Tesla Optimus” modelinə bənzər “DESI 84” adlı məişət robotunu təhqiredici şəkildə istifadə edir və onu xaltada gəzdirir. Nəticədə sistemdə xəta yaranır və robot sıradan çıxır. Brendin mətbuat xidməti bu addımın “sistemə tabe olmamaq, azadlıq və ironiyanı nümayiş etdirmək” məqsədi daşıdığını bildirib.
Vivian Uilson isə “People”a verdiyi açıqlamada süni intellektin yaradıcı insanların işini əlindən aldığını bəyan edib:
“Koroğlu”da yeni nişan quraşdırıldı - 100 manat+2 bal cərimələnə bilərsiniz-Yenilənib
“Sənət insan yaradıcılığı vasitəsilə ifadə olunan emosiyadır. Emosiyalar təbiətən insana məxsus olduğu üçün süni intellekt əsəri ilkin ideyasından məhrum edir və onu rənglərlə formaların plagiatı ilə əvəzləyir”.
- Belarus səfərbərliyə hazırlaşır: Kremldən reaksiya
- Rusiyanın Dneprə hücumu: 12 nəfər yaralandı
- Giorgi Baramidze saxlanıldı
- Ata süni intellekt şirkəti qurur, övladı “dur” deyir - Video
- Husilər Qırmızı dəniz sahillərini tam nəzarətə götürdü
- Türkiyədə hərbi maşın aşdı: ölən və yaralananlar var
- Bərə qəzasına görə 3 azərbaycanlının həbs müddəti uzadıldı
- Rusiya danışıqlar üçün şərt qoymur - Peskov