Tanınmış italiyalı xanım siyasətçi öldü

16:00 - 11 Sentyabr 2026 - GÜNDƏM

 Tanınmış italiyalı xanım siyasətçi öldü

Tanınmış italiyalı siyasətçi Emma Bonino 78 yaşında vəfat edib.

BUTA.TV xəbər verir ki, bu barədə onun üzvü olduğu "+ Avropa" Partiyası məlumat yayıb.

Qeyd edək ki, Emma Bonino 2013-2014-cü illərdə İtaliya xarici işlər naziri vəzifəsində çalışıb, eləcə də Romano Prodinin kabinetində nazir postunu tutub (2006-2008). O, prezidentliyə mümkün namizədlər sırasında da olub. Bir neçə il əvvəl ona xərçəng diaqnozu qoyulsa da, sağalıb.

Əlavə edək ki, bir neçə gün əvvəl onun ağır respirator (tənəffüs) problem ilə xəstəxanaya yerləşdirilib.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol