Sentyabrın 12-nə keçən gecə Rusiya Silahlı Qüvvələri Ukraynanın Krivoy Roq şəhərinə bir neçə istiqamətdən kütləvi ballistik raket zərbələri endirib.
BUTA.TV Teleqraf-a istinadla xəbər verir ki, bu barədə Krivoy Roq Müdafiə Şurasının sədri Aleksandr Vilkul məlumat verib.
Bildirilib ki, hava hücumu nəticəsində şəhərdəki mühüm sənaye müəssisələrindən biri ciddi ziyan görüb.
1 nəfər hadisə yerində həlak olub, 3 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılardan 54 yaşlı bir kişinin vəziyyəti kritik ağır qiymətləndirildiyi üçün o, təcili olaraq xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.
“Heyif ki, mən öz fikrimi deyə bilmədim, buna imkan verilmədi” - Video
Fövqəladə Hallar Xidmətinin xüsusi qrupları hazırda ərazidə dağıntıların fəsadlarını aradan qaldırır.
- Putin Mayamiyə getsə, onunla görüşə bilərəm
- “Bakıda doğulmuşam, Bayıl uşağıyam” - “Qarabağ”ın oyunçusu - Video
- “Toyota Bakı Mərkəzi”nin əməkdaşı həbs edildi - 610 min manatlıq fırıldaq
- Rusiya mühüm sənaye müəssisəsinə zərbə endirdi
- Cinayət işi: Kozinoğlunun məzarı açılır
- 1662-ci gün: Rusiyanın itkiləri yeniləndi
- “Bu, Rusiya ilə müharibə deməkdir”
- Nepalda ölənlərin sayı artdı