İsrail və Livan arasında gələn həftə Romada keçirilməsi planlaşdırılan danışıqlar təxirə salınıb.
BUTA.TV xəbər verir ki, bu barədə ABŞ-ın yüksəkvəzifəli rəsmisi “Axios”un müxbiri Barak Ravidə açıqlamasında bildirib.
Onun sözlərinə görə, Roma görüşünün əvəzinə İsrail və Livanın səfirləri Vaşinqtonda ABŞ Dövlət Departamentində bir araya gələcəklər. Görüşdə son hadisələr və tərəflər arasında çərçivə sazişinin icrasının davam etdirilməsi müzakirə olunacaq.
Qeyd edək ki, rəsmi danışıqların növbəti raundunun oktyabrda Romada keçirilməsi nəzərdə tutulur. Yəhudi bayramları, gələn həftə Parisdə Livan ordusuna dəstək məqsədilə keçiriləcək konfrans və BMT Baş Assambleyasına hazırlıq tərəflərin əvvəlcədən planlaşdırılan tarixdə Romada toplaşmasına imkan verməyib.
- “Toyota Bakı Mərkəzi”nin əməkdaşı həbs edildi - 610 min manatlıq fırıldaq
- Rusiya mühüm sənaye müəssisəsinə zərbə endirdi
- Cinayət işi: Kozinoğlunun məzarı açılır
- 1662-ci gün: Rusiyanın itkiləri yeniləndi
- “Bu, Rusiya ilə müharibə deməkdir”
- Nepalda ölənlərin sayı artdı
- İsrail və Livan arasındakı Roma görüşü təxirə salındı
- “Heyif ki, mən öz fikrimi deyə bilmədim, buna imkan verilmədi” - Video