Danışıqlar prosesi müharibənin başa çatmasına yönəlməlidir. Əgər Rusiya müharibəni bitirmək istəmirsə, onda ona təsir göstərməyin yollarını tapmaq lazımdır.
BUTA.TV xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski “Yalta Avropa Strategiyası – 2026” iştirakçılarına müraciəti zamanı deyib.
“Əgər bu çətindirsə, heç olmasa bu gün addım-addım irəliləmək lazımdır. Qara dənizin blokadasını aradan qaldırmaq və hər iki ölkənin enerji infrastrukturunun qorunacağı enerji atəşkəsi üçün imkan tapmaq lazımdır”, – deyə Zelenski vurğulayıb.
O hesab edir ki, hərbi əsirlərin mübadiləsi prosesini, həmçinin RusiyadA əsir götürülərək həbsxanalarda saxlanılan ukraynalı mülki şəxslərin, jurnalistlərin və digər vətəndaşların azad edilərək geri qaytarılmasını davam etdirmək lazımdır. Həmçinin Ukraynanın uşaqlarının geri qaytarılması prosesi də davam etdirilməlidir.
“Koroğlu”da yeni nişan quraşdırıldı - 100 manat+2 bal cərimələnə bilərsiniz-Yenilənib
- Şimali Koreya Yapon dənizinə raket atdı
- Bu, Rusiya ilə müharibə deməkdir - Putin
- Fransada qatar relsdən çıxdı: 20 nəfər yaralandı
- Əgər Rusiya müharibəni bitirmək istəmirsə... - Zelenski
- Fidan səudiyyəli həmkarı ilə son hücumları müzakirə etdi
- Onlara 5 min dollar veriləcək - Tramp
- Zelenski Rusiyanı hədələdi: Bunu etsəniz...
- ABŞ-a hücum: MKİ 1998-ci ildə Klintonu xəbərdar edibmiş...