Hörmüz boğazı ilə bağlı çoxtərəfli görüş olacaq

23:45 - 11 Sentyabr 2026 - GÜNDƏM

 Hörmüz boğazı ilə bağlı çoxtərəfli görüş olacaq

Sentyabrın 14-də Omanda İraqın, İranın və Körfəz Ərəb Dövlətləri Əməkdaşlıq Şurasına üzv ölkələrin xarici işlər nazirlərinin iştirakı ilə Hörmüz boğazında yaranmış vəziyyətə həsr olunan çoxtərəfli görüş keçiriləcək.

BUTA.TV xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyi bəyanat yayıb.

Qeyd olunub ki, görüşdə İran və Oman arasında Hörmüz boğazında gəmiçilik üçün təhlükəsiz marşrutlarının müəyyənləşdirilməsi ilə bağlı aparılan danışıqların nəticələri müzakirə ediləcək.

O, İranın region ölkələri arasında etimad və əməkdaşlığın gücləndirilməsində maraqlı olduğunu qeyd edib. Həmçinin Hörmüz boğazında müvəqqəti gəmiçilik marşrutlarının müəyyənləşdirilməsi ilə bağlı İran və Oman arasında anlaşmanın əldə olunduğunu bildirib.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol