Zelenski Rusiyanı hədələdi: Bunu etsəniz...

00:09 - 12 Sentyabr 2026 - GÜNDƏM

 Zelenski Rusiyanı hədələdi: Bunu etsəniz...

Ukrayna Prezidenti Vladimir Zelenski Rusiyanın Ukraynada elektrik enerjisinin genişmiqyaslı kəsintisinə səbəb olmaq planlarına görə Rusiyanı hədələyib.

BUTA.TV xəbər verir ki, bu barədə o, “Yalta Avropa Strategiyası – 2026” iştirakçılarına müraciəti zamanı danışıb.

“Ukrayna Rusiyanın hücumlarına layiqli cavab vermək üçün imkanlar tapmağı öyrənib. Mən bunu onların bu gün törətdiyi humanitar fəlakətlərlə müqayisə etmirəm. Ukrayna belə hərəkətlər etmir. Amma buna baxmayaraq, Ukrayna Rusiyanın istənilən əməliyyatına cavab vermək iqtidarındadır.

Rusiya bilir ki, əgər onlar zərbələr endirəcəklərsə, Rusiya da eyni cavabı alacaq. Əgər onlar bizi elektrik enerjisindən məhrum etməyə çalışsalar, biz də buna layiqli cavab verməyə çalışacağıq”, – deyə Zelenski bildirib.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol