Bu ərazi də PKK-dan təmizlənir – Tarixi proses başladı

15:15 - 12 Sentyabr 2026 - GÜNDƏM

 Bu ərazi də PKK-dan təmizlənir – Tarixi proses başladı

Bölgədəki güc balansını dəyişdirən "Terrorsuz Türkiyə" və "Terrorsuz bölgə" prosesi qətiyyətlə və uğurla irəliləməkdə davam edir. Təhlükəsizlik mənbələrindən əldə edilən məlumatlara əsasən, Suriyada SDG-nin ləğvindən sonra İraqda da tarixi bir proses başlayıb.

BUTA.TV xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

Bildirilib ki, terror yuvasına çevrilməsi hədəflənən Sincar bölgəsi PKK-dan təmizlənir və İraqda mərkəzi hökumətin nəzarətinə keçir.

Məsələ ilə bağlı İraqın Baş naziri Əli əz-Zeydi də açıqlama verib.

O qeyd edib ki, PKK silahlarını dövlətə təhvil verəcək, Sincar dağı və oradakı bütün təşkilat üzvləri administrasiyanın səlahiyyətinə keçəcək.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol