Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) ABŞ-ın keçmiş Prezidenti Bill Klintonu 1998-ci ilin dekabr ayında Üsamə Bin Laden və onun silahdaşlarının ölkə ərazisinə hücumlar hazırlaması, o cümlədən Amerika sərnişin təyyarəsinin qaçırılması ilə bağlı xəbərdar edib.
BUTA.TV Teleqraf-a istinadən xəbər verir ki, bu barədə 11 sentyabr hücumlarının 25-ci ildönümündən əvvəl açıqladığı kəşfiyyat məlumatında qeyd olunub.
Sənəddə deyilir:
"Əldə edilən məlumatlar göstərir ki, Bin Laden və onun silahdaşları Şeyx Ömər Əbdürrəhman, Rəmzi Yusif və Məhəmməd Sadiq Əvdanın azad edilməsinə nail olmaq üçün ABŞ-da hücumlar, o cümlədən təyyarə qaçırmaq planı hazırlayıblar".
“Koroğlu”da yeni nişan quraşdırıldı - 100 manat+2 bal cərimələnə bilərsiniz-Yenilənib
Prezidentin gündəlik brifinqinə daxil edilmiş 4 dekabr 1998-ci il tarixli sənəddə Bin Ladenin adından ABŞ-da əməliyyat keçirmək üçün terrorçuların planları barədə məlumatlar olub. Xülasəyə görə, mənbələrdən biri oktyabr ayının sonuna qədər Qamaat əl-İslamiyyə qrupunun belə bir əməliyyatın planlaşdırılmasını artıq başa çatdırdığını, lakin əməliyyatın dayandırıldığını bildirib.
Sənəddə deyilir ki, bundan əlavə, MKİ 1998-ci ilin sentyabr ayının sonlarında Qamaat əl-İslamiyyə lideri Məhəmməd əl-İslambulinin Şeyx Ömər Əbdül-Rəhman və Rəmzi Yusif də daxil olmaqla, həbsdə olan islamçıların azadlığa buraxılmasını təmin etmək üçün yaxın həftələrdə Amerika aviaşirkətlərini ələ keçirməyi planlaşdırdığı barədə məlumat alıb.
Qeyd etmək lazımdır ki, məxfilikdən çıxarılmış kəşfiyyat hesabatına görə, terror əməliyyat qrupunun iki üzvü yoxlama zamanı Nyu-York hava limanlarından birinin təhlükəsizlik sistemini keçə biliblər. Sənəddə həmçinin Bin Ladenin 1998-ci il dekabrın 20-dək Amerika təyyarələrini qaçırmaq planlarından da bəhs olunur.
- Onlara 5 min dollar veriləcək - Tramp
- Zelenski Rusiyanı hədələdi: Bunu etsəniz...
- ABŞ-a hücum: MKİ 1998-ci ildə Klintonu xəbərdar edibmiş...
- Hörmüz boğazı ilə bağlı çoxtərəfli görüş olacaq
- İran ətrafında gərginlik: ABŞ gecə əməliyyatına hazırlaşır
- Xanımlar və cənablar, Füzuliyə enməyə başlayırıq... - Video
- Peterburqda benzin qıtlığı: YDM-də uzun növbələr...
- Bu ölkə dünya xəritəsindən silinəcək - Medvedyev