Fransada qatar relsdən çıxdı: 20 nəfər yaralandı

01:12 - 12 Sentyabr 2026 - GÜNDƏM

 Fransada qatar relsdən çıxdı: 20 nəfər yaralandı

Fransanın şimalında şəhərlərarası sərnişin qatarının relsdən çıxması nəticəsində təxminən 20 nəfər xəsarət alıb.

BUTA.TV xəbər verir ki, bu barədə BFMTV məlumat yayıb.

Bildirilib ki, Ruan-Kan marşrutu üzrə hərəkət edən qatar Kleon və Turvil-la-Riviere kommunaları yaxınlığında relsdən çıxıb. Qatarda təxminən 200 sərnişin olub.

İlkin məlumata görə, qatar relslərdəki əşya ilə toqquşub. Nəticədə bir vaqon aşıb, dörd vaqon isə relsdən çıxıb. Yaralananların vəziyyəti barədə hələlik məlumat verilmir.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol