Mİ5 rəhbəri 11 sentyabrdan yazdı: Növbəti şok fərqli olacaq!

09:00 - 12 Sentyabr 2026 - GÜNDƏM

 Mİ5 rəhbəri 11 sentyabrdan yazdı: Növbəti şok fərqli olacaq!

Növbəti böyük təhlükəsizlik təhdidi hakimiyyətin ən az gözlədiyi yerdə ortaya çıxa bilər. 11 sentyabr hücumlarından sonrakı 25 ilin əsas dərsi daim uyğunlaşmaq və eyni köhnə ssenarilərdən istifadə edərək keçmiş təhdidlərə hazırlaşmamaq zərurətidir.

BUTA.TV xəbər verir ki, bunu Britaniyanın Mİ5 əks-kəşfiyyat xidmətinin rəhbəri Ken Makkallum məqaləsində yazıb.

Makkallum qeyd edib ki, Soyuq Müharibənin bitməsindən bəri Qərb yeni təhlükəyə çevrilən terrorçu qruplarla üzləşib.

O, Qərbin "böyük bir əjdaha öldürdüyünü", lakin "çoxlu zəhərli ilan"la qarşılaşdığını deyən keçmiş Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Ceyms Vulsinin sözlərini xatırladıb.

Mİ5 rəhbərinin sözlərinə görə, bu gün vəziyyət daha da mürəkkəbdir: "Əjdahalar" - güclü dövlətlər - geri qayıdıb, lakin "ilanlar" - terrorçu qruplar və digər qeyri-dövlət təhdidləri - yox olmayıb.

Makkallum qeyd edib ki, 11 sentyabrdan sonra diqqət bir-biri ilə əlaqəli cihadçı qruplara yönəlmişdisə, indi kəşfiyyat orqanları təkbaşına hücumlar həyata keçirməyə qərar verən tək şəxslərin hərəkətlərini nəzərə almalıdırlar.

"Bilirik ki, növbəti strateji şok, əvvəlkindən fərqli olacaq", - deyə o qeyd edib.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol