Quru Qoşunlarının 2024-cü il üçün hazırlıq planına əsasən, artilleriya bölmələri ilə döyüş atışlı taktiki təlim keçirilir.
Bu barədə BUTA.TV-a Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.
Qeyd edilib ki, təlimin planına uyğun olaraq, daimi dislokasiya məntəqələrindən cəmləşmə rayonlarına çıxarılan bölmələr atəş mövqelərinin tutulması, qurğuların döyüş tətbiqinə hazırlanması üzrə tapşırıqları yerinə yetiriblər.
Həmçinin, silahlanmada olan universal radiolokasiya komplekslərindən və pilotsuz uçuş aparatlarından istifadə etməklə şərti düşmən fəaliyyətinin izlənilməsi, ona məxsus artilleriya vasitələri ilə mübarizənin aparılması, eləcə də hava kəşfiyyat cihazlarının aşkar edilərək xüsusi texniki vasitələrlə endirilməsi üzrə tapşırıqlar da müvəffəqiyyətlə icra olunub.
99 yaşlı Ömər Eldarov xəstəxanaya yerləşdirildi - Açıqlama-Yenilənib
"Təlimin keçirilməsində əsas diqqət hərbi qulluqçuların bilik və bacarıqlarının artırılmasına, komandir heyətinin artilleriya bölmələrinin idarəedilməsi vərdişlərinin təkmilləşdirilməsinə, döyüş əməliyyatları zamanı digər qoşun növləri ilə qarşılıqlı əlaqənin təşkilinə yönəldilib, - məlumatda vurğulanıb.
- Hava proqnozu dəyişdi: Bakıda yağış yağacaq
- Sən kimə dua edirsən?..
- Hərbçimiz həlak oldu - Fotolar
- 99 yaşlı Ömər Eldarov xəstəxanaya yerləşdirildi - Açıqlama-Yenilənib
- Bağçalarla bağlı yeni qayda təsdiqləndi
- Günün qəhrəmanlarının - Fotoları
- AQTA heyvanların daşınması məsələsinə aydınlıq gətirdi
- Hərbi Prokurorluqda əməliyyat müşavirəsi oldu