120 təşkilat hökumətə “Xarici agentlər haqqında” qanunu qeyd-şərtsiz geri götürmək üçün birgə çağırış edib. Bəyanatda bu qanunun hakimiyyətin xalqa qarşı zorakılığının, hədə-qorxu və ölkəyə xəyanətin simvoluna çevrildiyi bildirilir.
BUTA.TV xəbər verir ki, bu barədə “SOVA Nyus” məlumat yayıb.
“Gürcüstanda Putinin qaydalarını bərqərar etmək cəhdi iki yüz ildən artıqdır ki, Gürcüstanın “ruslaşmasına” qarşı mübarizə aparmış və mübarizə aparan bütün əcdadlarımıza və soydaşlarımıza xəyanətdir. Bütün beynəlxalq ictimaiyyət tərəfindən qınanılan qanun layihəsi qanuna çevrilməzdən əvvəl prezidentin veto hüququ qalır və parlament bunu ləğv etməlidir. Biz bir daha bəyan edirik ki, gürcü xalqı Rusiya qanunlarını, zorakı idarəçiliyi və Qərb dünyasından ayrılığı qəbul etməyəcək. Biz Gürcüstan prezidentinin bu qanunu təkmilləşdirməyin mümkün olmadığı və Avropa Komissiyasının bəyanatı ilə bağlı mövqeyini tamamilə bölüşürük, ona görə qanun geri götürülməlidir. Qanun artıq sadəcə hüquqi mətn deyil, hakimiyyətin xalqa qarşı zorakılığının, qorxudulmasının və ölkəyə xəyanətin simvoluna çevrilib. Bu zorakılığın qarşısının alınmasının və Qərb vektorunun dəyişdirilməsinin hüquqi nəticəsi şəxsi maraqlarını ölkə konstitusiyasından üstün tutanlara və onların ailələrinə tətbiq olunacaq şəxsi maliyyə sanksiyaları olacaq. Gürcü xalqının iradəsi sarsılmazdır. Gəmimiz Avropaya gedir. Bir daha təkrar edirik - hökumət bu qanunu qeyd-şərtsiz geri götürməlidir. Avropaya hə! Rusiya qanunlarına yox!” - bəyanat bildirilib.
- Hava proqnozu dəyişdi: Bakıda yağış yağacaq
- Sən kimə dua edirsən?..
- Hərbçimiz həlak oldu - Fotolar
- 99 yaşlı Ömər Eldarov xəstəxanaya yerləşdirildi - Açıqlama-Yenilənib
- Bağçalarla bağlı yeni qayda təsdiqləndi
- Günün qəhrəmanlarının - Fotoları
- AQTA heyvanların daşınması məsələsinə aydınlıq gətirdi
- Hərbi Prokurorluqda əməliyyat müşavirəsi oldu