Ukrayna çox güman ki, Rusiya ərazisinə zərbələr endirmək məqsədilə ABŞ silahlarından istifadə etmək üçün icazə alıb.
BUTA.TV xəbər verir ki, bu barədə Blinkenin Kiyevə səfəri zamanı verdiyi açıqlamaları təhlil edən “Le Monde” qəzeti məlumat yayıb.
Nəşr onun Vaşinqtonun hələ də Ukraynaya Rusiya ərazisinə ABŞ silahlarından atəş açmasını qadağan edib-etməməsi ilə bağlı sual verdiyi cavaba diqqət çəkib:
“Biz Ukraynadan kənarda hücumları təşviq etmədik və ya fürsət yaratmadıq. Amma Ukrayna öz azadlığını, suverenliyini və ərazi bütövlüyünü müdafiə etmək üçün necə vuruşacağına və ya necə müharibə aparacağına özü qərar verməlidir”.
Qeyd olunur ki, Ukrayna Qərbin köməyindən kritik asılı olduğu üçün bu qadağaya əməl etməyə məcbur olub:
“Blinkenin çıxışı Britaniya xarici işlər naziri Kemeronun Kiyevə səfəri zamanı Londonun verdiyi silahlardan Rusiya ərazisinə zərbələrə icazə verməyə hazır olduğunu açıq şəkildə bildirməsindən sonra edilib. Kemeron və Blinkenin bəyanatları Qərbin bu mövzuda mövqeyində dəyişiklik etdiyini düşünməyə əsas verə bilər”.
- Rusiya anlayır ki, Azərbaycansız mümkün deyil - Mixaylov
- Qabil Məmmədov yoxa çıxdı: öldürülüb? - Video
- TŞ iclasına qatılmadı – Putin Lavrovu niyə “silir”?
- İrəvan və Bakı arasında tarixi sülh sazişi... -Tramp
- Oskanyan dedi ki, Elmar, elə bilirsən biz ağılsızıq?
- Azərbaycandan gələn buğda yoxlanılacaq - Arutyunyan
- Rusiya Abbasovu 17 il azadlıqdan məhrum etdi
- Tariximizin Zəfər salnaməsi!