Bölgənin inkişafı bölgədəki ölkələrdə yaşayan xalqların iradəsi ilə təmin olunmalıdır. Qeyri-regional ölkələrin bizim işlərimizə müdaxiləsi qəbuledilməzdir.
BUTA.TV xəbər verir ki, bu fikirləri Araz çayı üzərində inşa edilmiş “Xudafərin” hidroqovşağının istismara verilməsi və “Qız Qalası” hidroqovşağının açılış mərasimində çıxışı zamanı Prezident İlham Əliyev səsləndirib.
“Əgər kimsə - buradan minlərlə kilometr uzaqlıqda yerləşən ölkələrin rəhbərləri bu bölgədə hər hansı bir nəticə əldə etmək istəyirlərsə, bizimlə danışsınlar. Yersiz və lazımsız müdaxilə bu günə qədər heç bir səmərə verməyib və verməyəcək”, - deyə dövlətimizin başçısı əlavə edib.
- “ABB-Qarabağ FK” kobrend kartını artıq ABB-dən sifariş etmək olar
- Qəbul imtahanında dörd nəfər 400 bal topladı
- Məktəbəhazırlıq qrupları üzrə məktəb seçiminə başlanılır
- II cəhd imtahanlarının nəticələri - 4 nəfər 400 bal topladı
- Qəbul imtahanının nəticəsi elan edildi
- Azərbaycanda baş müəllim vəfat etdi - Foto
- Prezident fərman imzaladı
- Qəzada ölənlər ər-arvad imiş - Rəsmi