Latviya Respublikası Parlamentinin sədri Dayqa Mierinyanın başçılıq etdiyi nümayəndə heyəti Füzuli rayonunda olub.
BUTA.TV xəbər verir ki, nümayəndə heyəti əvvəlcə 44 günlük Vətən müharibəsinin ilk şəhidlərinin xatirəsinə ucaldılmış abidə, Merdinli kənd məscidi və Füzuli Beynəlxalq Hava Limanı ilə tanış olublar. Qonaqlar sonra Füzuli şəhərinə gəliblər. Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşları onlara işğalçı Ermənistanın 30 il ərzində Füzuli rayonunun ərazisində törətdiyi dağıntılar, vandalizm aktları, həmçinin şəhərin Baş planına uyğun olaraq həyata keçirilən və görüləcək işlər barədə məlumat veriblər.
Bildirilib ki, erməni vandalları işğal etdikləri digər şəhər və kəndlər kimi Füzuli şəhərini də talayıb və yer üzündən siliblər. Bütün evlər, sosial obyektlər dağıdılıb, təsərrüfatlar məhv edilib. 44 günlük Vətən müharibəsində qazanılan qələbədən sonra işğaldan azad olunan ərazilərdə genişmiqyaslı bərpa-quruculuq işlərinə başlanılıb. Füzuli şəhərində ilk yaşayış məhəlləsinin inşası yekunlaşıb və keçmiş məcburi köçkünlərin doğma yurda qayıdışı reallaşıb.
Nümayəndə heyəti Füzulidə inşa edilmiş Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəblə də tanış olub və Şuşaya yola düşüb.
Azərbaycan Ermənistana plastik tikinti materialları ixracına başladı
Qonaqları Milli Məclisin sədr müavini Adil Əliyev, deputatlar Kamran Bayramov, Könül Nurullayeva, Azərbaycanın Latviyadakı səfiri Elnur Sultanov müşayiət ediblər.
Səfərdən paylaşılmış fotoda Ordumuzun məhv etdiyi “Ohanyan səddi” və zərərsizləşdirilmiş erməni terrorçunun geyimi diqqət çəkir.
- “ABB-Qarabağ FK” kobrend kartını artıq ABB-dən sifariş etmək olar
- Qəbul imtahanında dörd nəfər 400 bal topladı
- Məktəbəhazırlıq qrupları üzrə məktəb seçiminə başlanılır
- II cəhd imtahanlarının nəticələri - 4 nəfər 400 bal topladı
- Qəbul imtahanının nəticəsi elan edildi
- Azərbaycanda baş müəllim vəfat etdi - Foto
- Prezident fərman imzaladı
- Qəzada ölənlər ər-arvad imiş - Rəsmi