Bakıda taksi sürücüsünün qorxulu hərəkətləri anbaan kameraya düşüb.
BUTA.TV Avtosfer.az-a istinadla xəbər verir ki, hadisə mayın 23-də, Bakı-Sumqayıt yolunda (avtovağzalın qarşısında) baş verib. Belə ki, taksi fəaliyyəti ilə məşğul olan sürücü idarə etdiyi 99 UP 654 qeydiyyat nişanlı “Opel” markalı avtomobili ilə xanım sürücünün sükan arxasında olduğu maşının qarşısını kəsib.
“Görüntüdəki avtomobilin sürücüsü öncə xanım sürücünü yolda sıxışdırıb. Daha sonra isə onun qarşısını kəsərək avtomobildən düşüb. Bu azmış kimi avtomobilində soyuq silah kimi gəzdirdiyi dəyənəyi götürərək xanımın üzərinə hücum edib. Həmin vaxt hadisə ilə üzləşən xanım sürücü qorxu və həyəcan keçirib”, - xanım sürücünün yaxını bildirib.
- Ata-anası “Sədərək”dən cehiz almağa getdi - 17 yaşlı qız sığınacağa qaçdı
- Əliyevalar klassik avtomobil sərgisində - Fotolar
- Rusiya meşə yanğını yaşayış sahələrinə çatır
- Rusiya danışıqlara açıqdır - Kreml
- Hörmüzdə neft tankeri hücuma məruz qaldı
- Marseldə atışma: ölən və yaralananlar var
- “Turan Tovuz” uduzdu, Berdiyevin istefasını tələb etdilər - Video
- Gürcüstanın bu zavodu rus neftindən tamamən imtina etdi