İsrail Baş naziri Benyamin Netanyahunun həbsinə order verəcəyi təqdirdə İspaniya Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) qərarına əməl etməyə hazırdır.
BUTA.TV xəbər verir ki, bu barədə İspaniya xarici işlər naziri Xose Manuel Albares deyib.
O, prokurorun məhkəmədən bu qərarı çıxarmasını tələb etdiyini xatırladıb:
“Biz BCM-i dəstəkləyirik və ona görə maliyyələşdiririk ki, bu cinayətləri araşdıra bilsin. Əgər BCM-in bununla bağlı yekun qərarı olacaqsa, biz, əlbəttə ki, bu qərara hörmətlə yanaşacağıq və onu həyata keçirəcəyik”.
Qeyd edək ki, dünən Almaniya kansleri Olaf Şoltsun sözçüsü də Berlinin BCM-in mümkün qərarına əməl edəcəyini bildirmişdi.
Xatırladaq ki, BCM-nin prokuroru məhkəmədən İsrail Baş naziri Netanyahu, müdafiə naziri Qallant və HƏMAS-ın 3 yüksək vəzifəli şəxsinə həbs qərarı çıxarılmasını tələb edib.
- Azərbaycandan qatar yola düşdü: Alqışlayıram!
- Şahin Şıxlinskinin məhkəməsi başladı
- Abbas Abbasovu bu vəzifəyə hansı prezident gətirmişdi?
- Rusiya və İranın Zəngəzur narahatlığı: hansı addımlar atıla bilər?
- Azərbaycandan Ermənistana neft məhsulları yola salınır
- İlham Əliyev Qətər əmirini təbrik etdi
- Vüqar Əhmədə yüksək etimad: AEA üzvü seçildi
- Əli Kərimlidən yeni xəbər