Rusiya Ermənistandakı səfirini Baş nazir Nikol Paşinyanın “2020-ci ildə Ermənistana qarşı 44 günlük müharibənin hazırlanmasında iki KTMT ölkəsi iştirak edib” açıqlamasına görə geri çağırıb. Paşinyan “2 dövlət” dedikdə Rusiya və Belarusu nəzərdə tutub.
BUTA.TV xəbər verir ki. bu sözləri politoloq Elxan Şahinoğlu bildirib.
Onun sözlərinə görə, Paşinyanın bu açıqlaması Kreml sahibi Vladimir Putinin narazılığına səbəb olub və Rusiya prezidentinin təlimatıyla xarici işlər naziri Sergey Lavrov nümayişkaranə şəkildə Sergey Kopırkini müvəqqəti geri çağırıb:
“Vladimir Putin Nikol Paşinyanın son açıqlamasıyla “qırmızı çizgiləri” aşdığı qənaətindədir. Putin Paşinyana xatırladıb ki, müharibənin qızğın çağında ona zəng edib və atəşkəs təklifi edib. Paşinyan Putinin təklifinə razılaşmayıb və nəticədə Qarabağın tamamı Azərbaycanın nəzarətinə keçib. Putin ona görə Paşinyana bu xatırlatmanı edib ki, Azərbaycanın Qarabağ üzərində suverenliyini bərpa etməsinə görə Paşinyan Rusiya hakimiyyətini deyil, özünü qınamalıdır”.
Politoloq xatırladıb ki, həmin dövrdə atəşkəs Azərbaycanın da maraqlara cavab vermirdi, işi yarımçıq qoymaq olmazdı:
“Bu baxımdan Paşinyanın atəşkəsə razılaşmaması Azərbaycanın da maraqlarına uyğun idi”.
- Azərbaycana qarşı bu qətnamənin heç bir əsası yoxdur
- Paşinyandan paylaşım: Azərbaycan qatarı Ermənistanda - Video
- Amnistiya tətbiq ediləcək şəxslərin siyahısı... - Nazirlik
- Anar Əsədlinin ev dustaqlığına buraxılması istənildi - Qərar
- Jirinovskinin inanılmaz proqnozları: ABŞ-Rusiya belə razılaşır
- Azərbaycanda xüsusi karantin rejimi ilə bağlı - Qərar
- Putinin mətbuat konfransında xəritə mesajı - Foto
- Əli Əsədovdan bu qəzetlərlə bağlı qərar