İranın Bakıdakı səfirliyi İran Prezidenti Ayətullah Rəisinin və İran xarici işlər nazirinin və digər şəxslərin şəhadətinə görə həmdərdliyini ifadə edən hökumət rəsmilərinə və Azərbaycan xalqına təşəkkür və minnətdarlığını bildirib.
BUTA.TV xəbər verir ki, bununla bağlı İranın Bakıdakı səfirliyinin təşəkkür məktubunda qeyd olunub.
"İran İslam Respublikasının Prezidenti cənab Seyid İbrahim Rəisinin, xarici işlər naziri cənab Hüseyn Əmir Abdullahianın və digər müşayiət edən şəxslərin helikopter qəzası nəticəsində şəhidlik zirvəsinə ucalması ilə əlaqədar, İran İslam Respublikasının Bakıdakı Səfirliyi, başsağlığı vermək məqsədilə İran Səfirliyinə gələn və İran xalqının kədərinə şərik olduğunu bildirən, başda Azərbaycan Respublikasının möhtərəm Prezidenti cənab İlham Əliyev olmaqla Azərbaycan Respublikasının dövlət rəsmilərinə və Azərbaycan vətəndaşlarına, eləcə də Bakıda fəaliyyət göstərən və yaşayan xarici səfirlərə, diplomatlara və o cümlədən İran vətəndaşlarına dərin təşəkkür və minnətdarlığını bildirir", - məlumatda bildirilib.
- Prokurorluğun əməkdaşı vəzifəsindən azad edildi
- Süni intellektlə fotolar düzəldib qadınları şantaj edirdilər - Kiberpolis saxladı-Video
- Baharlıda mina təhlükəsinə dair maarifləndirmə sessiyası...
- ADSEA daha bir kəndi içməli su ilə təmin etdi
- Şabranda kişini elektrik cərəyanı vuraraq öldürdü
- Sırskidən Fedorovun vəzifədən azad edilməsinə - Reaksiya - Yenilənib
- Azərbaycanda yeni parklanma qaydaları təsdiqləndi
- Əməkdar jurnalist komaya düşdü