Qriqoryan: Baqratın tamaşasında rus qulaqları görünür

13:54 - 27 May 2024 - GÜNDƏM

 Qriqoryan: Baqratın tamaşasında rus qulaqları görünür

İstənilən demokratik ölkədə prezidentə, baş nazirə qarşı şikayətlər ola bilər və hətta olmalıdır. Tənqid etmək lazımdır ki, bunun əsasında düzgün nəticələr çıxarılsın. Amma tənqid primitiv manipulyasiyaya çevrilməməlidir. Təəssüf ki, bu gün özlərini Ermənistanın bəlkə də ən mühüm vətənpərvərləri elan etmiş siyasi qüvvələrdən məhz bunu görürük. Bəli, söhbət indiki hakimiyyətə qarşı mübarizənin üçüncü, son mərhələsinə qədəm qoyduğunu Respublika meydanında yüksək səslə elan edən “Vətən uğrunda Tavuş” hərəkatından gedir. Bu, yəqin ki, bu hərəkat üçün son olacaq.

BUTA.TV xəbər verir ki, bunu erməni analitik Qalust Qriqoryan deyib.

“Onlar təbii ki, başqa cür düşünür. Onlara elə gəlir ki, insanların yaddaşı zəifdir, reallığı dərk etmək səviyyəsi aşağıdır. Əks halda Robert Köçəryan və Serj Sərkisyan heç vaxt açıq şəkildə və ya mümkün qədər gizli şəkildə böyük siyasətə qayıtmağa cəhd etməzdi.

Amma onlar Baqrat Qalstanyanı hədəf kimi qabağa itələyərək başqa cür davranmağa qərar verdilər. O Baqratı ki, bizə ruhani statusunun həqiqətən onun üçün nə qədər vacib olduğunu göstərdi: “Baş nazirliyə namizədliyimi mənəvi mövqeyimlə birləşdirə bilmərəm. Ona görə də vəziyyəti Patriarxa təqdim etdim və 30 illik mənəvi xidmətimi dondurmağı xahiş etdim”. Bu sözləri söyləyən Qalstanyan açıq-aşkar müsbət rəyə ümid edirdi. O, Vətən naminə böyük fədakarlığa hazır olduğunu göstərmək istəyirdi. Amma qarşımızda adi bir karyeraçı peyda oldu, onun üçün məqsədinə çatmaqdan ötrü hansı paltar geyinməsinin heç bir əhəmiyyəti yoxdur. Təkcə bu, respublikanın keçmiş hakimlərinin namizədinin rəhbərlik etdiyi hərəkatı iflasa məhkum etmək üçün kifayət idi.

Əslində problem daha geniş və dərindir. Bu, hakimiyyətlə mübarizə üçün açıq şəkildə manipulyasiya üsullarının seçilməsindədir. Qalstanyanın Paşinyana ünvanladığı bəyanatı xatırlayaq: “Vaxt var idi ki, özünü demokratik insan hesab edirdin, velosipedlə gəzirdin, yerdən zibil yığırdın, amma tezliklə təyyarə ilə uçmağa, hündür polis divarları arxasında müdafiəni təmin etməyə başladın”. Bütün bunlar primitiv demaqogiyadır. Çünki neçə gündür müxalifətin şəhərlərdə gəzişməsi, paytaxtda mitinqlər keçirməsi, əksər hallarda hakimiyyəti tənqid yox, onu təhqir edən bəyanatlar verməsi Ermənistanda demokratiyanı göstərir. Üstəlik, bu siyasi tamaşada qulaqları auditoriyanın son cərgəsindən görünən Rusiyanın heç xəyalına belə gətirmədiyi demokratiya”, - bildirib.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol