Kür daşdı: Mingəçevir SES-ə təhlükə varmı?

14:38 - 27 May 2024 - GÜNDƏM

 Kür daşdı: Mingəçevir SES-ə təhlükə varmı?

Kür çayından gələn suların tənzimlənməsi üçün Şəmkir və Mingəçevir su anbarlarında müəyyən səviyyə saxlanılmışdır ki, bu da artıq gələn suların toplanması üçün kifayət edir. Hər hansı kritik vəziyyət müşahidə olunmur.

Bu sözləri BUTA.TV-a Su Ehtiyatları Agentliyinin nümayəndəsi Sarvan Ağayev Kür çayının səviyyəsinin artması səbəbindən Mingəçevir su anbarında yarana biləcək təhlükə haqqında danışarkən deyib.

Onun sözlərinə görə, Mingəçevir su anbarında 14.7 milyard kub metr su ehtiyatı toplanıb:

“Əvvəlki illər quraqlıq olsa da, son iki ildir havaların yağmurlu keçməsi nəticəsində çaylarımızda suyun səviyyəsi artıb. Təkcə Mingəçevir su anbarında 14.7 milyard kub metr su ehtiyatı toplanıb ki, bu da keçən illə müqayisədə 3.3 milyard kub metr artıqdır.

Mingəçevir su anbarından Kürə ötürülən su da artırılıb. Hazırda saniyədə 365 kub metr su Kür çayına buraxılır. Mingəçevir su anbarının normal həcmi 15 milyard 730 milyon kub metrdir. Hələ ki, biz normal səviyyəyə çatmamışıq. Kritik farsirovka səviyyəsində 16 milyarda qədər toplamaq mümkündür”.

Qeyd edək ki, Milli Hidrometeorologiya Xidməti 26-28 may tarixlərində Kür çayının Qıraq Kəsəmən məntəqəsində çayın səviyyəsinin artacağı, Qazax, Ağstafa və Tovuz ərazilərində subasma olacağı ilə bağlı xəbardarlıq edib.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol