Ukrayna Prezidenti Vladimir Zelenskinin Xarkovda qeydə alınmış videomüraciəti Çin lideri Si Szinpini İsveçrədəki Sülh Sammitinə gətirməyəcək.
BUTA.TV xəbər verir ki, bunu “Skay Nyus” telekanalının analitiki Con Sparks deyib.
Onun sözlərinə görə, Szinpin əvvəllər də bildirmişdi ki, Ukrayna münaqişəsi ilə heç bir əlaqəsi yoxdur:
“Düşünürəm ki, Zelenskinin Xarkov xarabalıqları fonunda lentə aldığı videonun Si Szinpini mövqeyini dəyişməyə məcbur edə biləcəcəyi ehtimalı azdır”.
Sparks bildirib ki, hazırda Kiyev rejiminin apardığı PR kampaniyaları təkcə dünyaya deyil, Ukraynanın ən yaxın müttəfiqlərinə də təsirini itirib.
- Prokurorluğun əməkdaşı vəzifəsindən azad edildi
- Süni intellektlə fotolar düzəldib qadınları şantaj edirdilər - Kiberpolis saxladı-Video
- Baharlıda mina təhlükəsinə dair maarifləndirmə sessiyası...
- ADSEA daha bir kəndi içməli su ilə təmin etdi
- Şabranda kişini elektrik cərəyanı vuraraq öldürdü
- Sırskidən Fedorovun vəzifədən azad edilməsinə - Reaksiya - Yenilənib
- Azərbaycanda yeni parklanma qaydaları təsdiqləndi
- Əməkdar jurnalist komaya düşdü