Azərbaycan və Rusiya regionda beynəlxalq prinsiplərə, qanunlara və qaydalara cavab verən, həmçinin ən yaxın qonşuları ilə əməkdaşlığın möhkəmləndirilməsinə xidmət edən yeni münasibətlər konsepsiyasını təqdim ediblər.
BUTA.TV xəbər verir ki, bunu Azərbaycan Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov Federasiya Şurasının beynəlxalq məsələlər komitəsinin rəhbəri Qriqori Karasinlə görüşündə deyib.
“Biz Azərbaycan və Rusiya Federasiyası beynəlxalq ictimaiyyətə regionumuzun dövlətləri arasında münasibətlərin yeni konsepsiyasını təqdim edə bildik”, - S.Seyidov bildirib.
O qeyd edib ki, bu konsepsiyanı iki dövlətin rəhbərləri formalaşdırıb və bu siyasətin əsası Rusiya Prezidenti Vladimir Putinin 2001-ci ildə Azərbaycana səfəri və Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevlə görüşü ilə qoyulub.
- Prokurorluğun əməkdaşı vəzifəsindən azad edildi
- Süni intellektlə fotolar düzəldib qadınları şantaj edirdilər - Kiberpolis saxladı-Video
- Baharlıda mina təhlükəsinə dair maarifləndirmə sessiyası...
- ADSEA daha bir kəndi içməli su ilə təmin etdi
- Şabranda kişini elektrik cərəyanı vuraraq öldürdü
- Sırskidən Fedorovun vəzifədən azad edilməsinə - Reaksiya - Yenilənib
- Azərbaycanda yeni parklanma qaydaları təsdiqləndi
- Əməkdar jurnalist komaya düşdü