Laçın rayonunun Bəylik yaşayış məntəqəsində abadlıq, quruculuq, bərpa və yenidənqurma işlərinə başlanılır.
BUTA.TV İqtisadiyyat.az-a istinadən xəbər verir ki, Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu bununla bağlı hazırlıqlara start verib.
Qeyd edilib ki, yaşayış məntəqəsində birinci mərhələdə 91 fərdi yaşayış evlərinin tikintisi nəzərdə tutulub.
Eyni zamanda, yaşayış məntəqəsinin sahədaxili elektrik, su təchizatı, kanalizasiya, suvarma və parkın suvarma sistemi, qaz təchizatı, yol-küçə, abadlıq və yaşıllaşdırma işləri aparılacaq.
Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu sözügedən işlərin 36,1 milyon manata başa gələcəyini ehtimal edir.
- Bu yerlərdə qiymətlər 15 faiz qalxacaq - Video
- Bu yerlərdə qiymətlər 15% qalxacaq - Video
- Ət bazarında bahalaşma riski - Video
- Beşini vurdular, dördü sayıldı - Video-Yenilənib
- Trampın təhdidlərinə cavab olaraq danışıqlar masasını tərk etdilər - Yenilənib
- “AzDrama”dan Mehriban Xanlarovanın işlə bağlı müraciətinə - Cavab
- İran heyəti ABŞ nümayəndələri ilə şəkil çəkdirməkdən imtina etdi - Video
- MN həftəlik icmalını təqdim etdi - Video