Azərbaycan Sənaye Korporasiyası ASC-nin iki törəmə şirkəti birləşib.
BUTA.TV İqtisadiyyat.az-a istinadən xəbər verir ki, "ASK Tütün" ləğv olunaraq "ASK Aqro"ya qoşulub.
Qoşulma nəticəsində "ASK Aqro" yenidən təşkil olunub.
Qeyd edək ki, "ASK Tütün" 2021-ci ildə dövlət qeydiyyatına alınıb. Onun nizamnamə kapitalı 1 648 675 manatdır. Direktoru isə Nizami Əbdürəhim oğlu Zamanov idi.
"ASK Aqro" isə 2018-ci ildə dövlət qeydiyyatına alınıb. Onun nizamnamə kapitalı 690 073.45 manatdır. "ASK Aqro"nun direktoru isə Kazımlı Mürşüd Aqil oğludur.
- Kütləvi zəhərlənmə olan restoran bu vəzifəli şəxsin imiş
- Sabiq başçının bacısı oğluna vəzifə verildi
- Yas mərasimlərində ardıcıl zəhərlənmə: Səbəb...
- Bu məktəblərdə şagirdlər ali məktəbə hazırlanacaq
- Ucarda hemodializ alan 56 yaşlı şəxs müalicə zamanı öldü
- Əlilliyi olan 7424 şəxsə 297 min reabilitasiya vasitəsi verilib
- Sabah hava necə olacaq?
- ASAN İnnovativ İnkişaf Mərkəzi Şuşada təlim keçirib - Foto