İran Qızıl Aypara Təşkilatı Ermənistanda daşqın qurbanlarına yardım göstərməyə hazırdır.
BUTA.TV xəbər verir ki, bu barədə “İran Tudey” Teleqram kanalı məlumat yayıb.
“İran Qızıl Aypara Cəmiyyəti daşqından zərər çəkmiş ermənilərə dəstək olmaq üçün xilasetmə qrupları və humanitar yardım göndərməyə hazır olduğunu bildirib”, - məlumatda bildirilib.
Qeyd edək ki, Ermənistanda mayın 26-dan yağan leysanlar nəticəsində Tavuş və Loridə bir çox yaşayış məskənini sel basıb, 4 nəfər ölüb, bir neçə yüz nəfər təxliyə edilib, yollara və infrastruktura ciddi ziyan dəyib.
- Kütləvi zəhərlənmə olan restoran bu vəzifəli şəxsin imiş
- Sabiq başçının bacısı oğluna vəzifə verildi
- Yas mərasimlərində ardıcıl zəhərlənmə: Səbəb...
- Bu məktəblərdə şagirdlər ali məktəbə hazırlanacaq
- Ucarda hemodializ alan 56 yaşlı şəxs müalicə zamanı öldü
- Əlilliyi olan 7424 şəxsə 297 min reabilitasiya vasitəsi verilib
- Sabah hava necə olacaq?
- ASAN İnnovativ İnkişaf Mərkəzi Şuşada təlim keçirib - Foto