Konstitusiyaya görə, ölkənin hazırkı Prezidenti Vladimir Zelenski yeni prezident vəzifəyə başlayana qədər ölkənin legitim lideri olmaqda davam edir.
BUTA.TV xəbər verir ki, bu sözləri Ukrayna Ali Radasının spikeri Ruslan Stefançuk Feysbuk şəbəkəsindəki səhifəsində qeyd edib.
Stefançuk Ukrayna Konstitusiyasının 108-ci maddəsini misal göstərib:
“Ukrayna prezidenti öz səlahiyyətlərini Ukraynanın yeni seçilmiş prezidenti vəzifəsinə başlayana qədər həyata keçirir”. Bu, demokratik cəmiyyətlərdə hakimiyyətin bütövlüyü prinsipidir. Zelenski ölkədə hərbi vəziyyətin ləğvindən sonra növbəti seçkilərə qədər legitim prezident olmaqda davam edəcək”.
Qeyd edək ki, bundan öncə Rusiya lideri Vladimir Putin Ukrayna Konstitusiyasının 111-ci maddəsinə əsasən hazırda bu ölkədə yalnız Ali Rada sədri Stefançukun legitim olduğunu, Ukrayna prezidentinin səlahiyyət müddətinin başa çatdığını bildirib.
- Kütləvi zəhərlənmə olan restoran bu vəzifəli şəxsin imiş
- Sabiq başçının bacısı oğluna vəzifə verildi
- Yas mərasimlərində ardıcıl zəhərlənmə: Səbəb...
- Bu məktəblərdə şagirdlər ali məktəbə hazırlanacaq
- Ucarda hemodializ alan 56 yaşlı şəxs müalicə zamanı öldü
- Əlilliyi olan 7424 şəxsə 297 min reabilitasiya vasitəsi verilib
- Sabah hava necə olacaq?
- ASAN İnnovativ İnkişaf Mərkəzi Şuşada təlim keçirib - Foto