Azərbaycan ordusunun mayoru Amil Abdullayevi öldürməkdə təqsirləndirilən kapitan Nizami Abdullayevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
BUTA.TV xəbər verir ki, iş baxılması üçün Füzuli hərbi məhkəməsinə göndərilib.
İş hakim Əmrah Nəcəfovun icraatına verilib.
Qeyd edək ki, ilkin istintaqla ordumuzun zabiti Amil Abdullayevin digər zabit Nizami Abdullayev tərəfindən aralarında yaranmış mübahisə zəmnində qəsdən öldürülməsinə əsaslı şübhələr müəyyən olunduğundan, o, şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
Zərərçəkmiş mayor Amil Abdullayev İkinci Qarabağ Müharibəsində döyüşüb. Bir neçə rayonun işğaldan azad edilməsinə görə təltif edilib.
Fakt üzrə Füzuli hərbi prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmə) maddəsi ilə cinayət işi başlanılıb.
- Fələstinin baş naziri Fəxri xiyabanı ziyarət etdi
- Yaslardakı zəhərlənmələr lavaşdan olub - Rəsmi
- Nağı Nağıyevə yüksək vəzifə verildi
- Arzumun məhkəməsi başlayır
- Müğənni bu marşrut avtobusundan şikayətləndi - Video
- Göyçayda 36 yaşlı kişi bıçaqlandı
- Antibiotik vurulan 5 aylıq hamilə qadın öldü - Foto - Yenilənib
- Bilgəhdə 23 yaşlı oğlan dənizdə batdı