“EFES - 2024” çoxmillətli təlimində iştirak etmək məqsədilə Türkiyədə işgüzar səfərdə olan Azərbaycan Respublikasının müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev bu ölkənin Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ordu generalı Mətin Gürak ilə görüşüb.
Bu barədə BUTA.TV-a Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.
Görüşdə hərbi və hərbi-texniki əməkdaşlığn cari vəziyyəti müzakirə edilib, həmçinin qarşılıqlı təcrübə mübadiləsi məqsədilə birgə təlimlərin intensivliyinin artırılmasının vacibliyi vurğulanıb.
- Fələstinin baş naziri Fəxri xiyabanı ziyarət etdi
- Nağı Nağıyevə yüksək vəzifə verildi
- Arzumun məhkəməsi başlayır
- Müğənni bu marşrut avtobusundan şikayətləndi - Video
- Göyçayda 36 yaşlı kişi bıçaqlandı
- Antibiotik vurulan 5 aylıq hamilə qadın öldü - Foto - Yenilənib
- Bilgəhdə 23 yaşlı oğlan dənizdə batdı
- Şükürbəyli kəndinə növbəti köç karvanları yola salındı