Qazax rayonunun dörd kəndinin Azərbaycana qaytarılmasından sonra sərhədlərin delimitasiya və demarkasiya prosesi əhəmiyyətli dərəcədə sürətlənəcək. Bu, sülh sazişinin imzalanması üçün çox yaxşı şərait yaradacaq.
BUTA.TV xəbər verir ki, bunu Siyasi Araşdırmalar İnstitutunun direktoru, politoloq Sergey Markov jurnalistlərlə söhbətində bildirib.
“Öz adımdan və Rusiyada çox olan Azərbaycanın bütün dostları adından Azərbaycanı Müstəqillik Günü münasibətilə təbrik edirəm. Biz çox şadıq ki, Azərbaycan bu gün həqiqətən müstəqil dövlətlərdən biridir, çünki o, müstəqil siyasət aparır. Azərbaycan qalib ölkədir. Azərbaycan İkinci Qarabağ müharibəsində Zəfər çalıb və iqtisadi artımı nümayiş etdirir. Bakı milyonlarla turistin ziyarət etmək istədiyi çox gözəl, müasir şəhərdir. Azərbaycan, şübhəsiz, Cənubi Qafqazın liderinə çevrilib”, - Markov bildirib.
- Fələstinin baş naziri Fəxri xiyabanı ziyarət etdi
- Nağı Nağıyevə yüksək vəzifə verildi
- Arzumun məhkəməsi başlayır
- Müğənni bu marşrut avtobusundan şikayətləndi - Video
- Göyçayda 36 yaşlı kişi bıçaqlandı
- Antibiotik vurulan 5 aylıq hamilə qadın öldü - Foto - Yenilənib
- Bilgəhdə 23 yaşlı oğlan dənizdə batdı
- Şükürbəyli kəndinə növbəti köç karvanları yola salındı