Mövcud ajiotaj yayılan informasiyalara görədir. Bakının yeni planı ilə bağlı layihə təsdiqlənib. Həmin layihəyə görə, bir çox köhnə, o cümlədən, qəzalı binalar söküləcək. Bu informasiyaların fonunda müəyyən ajiotaj yaranıb və köhnə binalarda yaşayan vətəndaşlar bazara öz mənzillərini çıxarırlar.
BUTA.TV xəbər verir ki, bu sözləri Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc Bakıda “xruşşovka”ların kütləvi şəkildə satışa çıxarılması ilə bağlı “Yeni sabah”a danışarkən deyib.
O bildirib ki, vətəndaşlar həmçinin artıq köhnə binaların yerinə daha çox yeni binalara üstünlük verir:
“Bu isə köhnə binalardakı mənzillərin kütləvi satışına səbəb olur və yeni binalardan mənzillərin alınması ilə nəticələnir. Düşünürəm ki, bu tendensiya artan templə davam edəcək. Bazarda yəqin ki, son dövrlərdə olduğu kimi, daha çox köhnə tikililərə rast gələcəyik”.
Mütəxəssis xatırladıb ki, ajiotajın söküntü ilə bağlı olması əsaslı deyil. Çünki əgər söküntü işləri başlasa da, bunun üçün müəyyən dövr tələb olunur.
- Fələstinin baş naziri Fəxri xiyabanı ziyarət etdi
- Yaslardakı zəhərlənmələr lavaşdan olub - Rəsmi
- Nağı Nağıyevə yüksək vəzifə verildi
- Arzumun məhkəməsi başlayır
- Müğənni bu marşrut avtobusundan şikayətləndi - Video
- Göyçayda 36 yaşlı kişi bıçaqlandı
- Antibiotik vurulan 5 aylıq hamilə qadın öldü - Foto - Yenilənib
- Bilgəhdə 23 yaşlı oğlan dənizdə batdı