Müğənni və teleaparıcıların toy qiymətləri ilə bağlı tanınmış jurnalist Kamil Şahverdi maraqlı müqayisə aparıb.
Kult.az xəbər verir ki, bu barədə o sosial şəbəkədə qeyd edib.
“Tez-tez yerli mətbu orqanlarımızın böyük həvəslə dövriyyəyə buraxdığı müğənni və aparıcıların toy "preyskurantı" qarşıma çıxır. Yəni bu müğənni və aparıcılar 2-3 saat şit, bayağı, qulaq deşən, baş ağrıdan, ürək bulandıran, qan təzyiqini yüksəldən "ifa" və "çıxışlarına" görə 10000, 15000, 25000 manat, bəzən bundan daha artıq məbləğdə "qonorar" alırlar…
Azərbaycanda bəstəkar opera yazarsa, nə qədər qonorar alar? Məlumunuz olsun ki, bəstəkar bir opera yazmaq üçün illər sərf edir. Bu gün operaya görə qonorar 6000 manatdır.
2-3 saat şit, bayağı ifa və çıxışa görə müğənni, aparıcı 10000-25000 manat (bəzən daha artıq), illərlə gərgin əməyin nəticəsində ərsəyə gələn böyük səhnə əsərinə görə 6000 manat”.
K.Şahverdi sonda sual edib: “Azərbaycanda sonuncu dəfə hansı opera yazılıb?”
- İran çalxalanır: əgər parçalansa, azərbaycanlılar...
- Hacıyevdən sülh açıqlaması: Konqresdə bəziləri...
- Məşhur jurnalist barədə həbs qərarı - Axtarışa verildi
- İstanbuldakı 520 minlik yürüşdə Azərbaycana qarşı pankart...
- Ahıl şəxslər üçün Yeni il süfrəsi: Əliyevalar da iştirak etdi
- Erməni mediası Əliyevin çıxışından məhz bu cümləni yaydı
- Dünya üçün fəlakət proqnozu – Azərbaycana da yaxınlaşır
- “Qarabağ bizim idi, indi bizim deyil” ifadəsi tələdir - Paşinyan