Ac qalmaq və saatlarla heç nə yeməmək öd kisəsinin düşmənidir.
BUTA.TV Medicina.az-a istinadən xəbər verir ki, rusiyalı həkimlər Yelena Malışeva və İqor Qorodokin acqalmanın ödə zərərindən danışıb.
“Hazırda interval aclıq deyə dəbə düşən qidalanma var. İnsanlar sağalmaq, arıqlamaq üçün buna can atır. Amma uzun fasiləli ac qalmaq öd kisəsinin vəziyyətini pisləşdirir. Aclıq öd kisəsində daşlar əmələ gətirir. Yemək arasında fasilə nə qədər uzundursa, daş əmələ gəlmə bir o qədər çox yaranır.
Siz uzun müddət ac qalanda, öd kisəsi öd şirəsi ilə dolur, o isə qida olmadığı üçün çöküntüyə çevrilir, onda olan xolesterin əvvəlcə qum, sonra daşa çevrilir.
Öd kisəsində daş əmələ gəlməsinə digər səbəblər az maye qəbulu, oturaq həyat və orqanizmdə xolesterin çoxluğudur”, - həkimlər qeyd ediblər.
- Həbs edilən şəbəkə haqda şok iddia: Elə yüklər daşınıb ki...
- Prezidentin ad günündən ailə - Fotosu
- Məhz indi Bəylər Əyyubovun bu açıqlaması trend oldu - Video
- İlham Əliyevdən xəbərdarlıq: Ayıq olmalıyıq...
- AZAL təyyarəsində həlak olanların xatirəsinə plitə ucaldıldı
- Prezidentin ayaq saxladığı pilləkənlərdə nə yazılıb? - Video
- ABŞ Qəzzada bunu bizə təklif etdi - Hacıyev
- Mişa doğru deyir: Hamının arzuladığı hər şeyə nail olan!