AB Ukraynanı dəqiq plan təqdim etmədən münaqişəyə sürüklədiyi üçün mənəvi məsuliyyət daşıyır.
BUTA.TV xəbər verir ki, bunu Macarıstan Baş naziri Viktor Orban bildirib.
"Müharibənin gətirdiyi dağıntıları nəzərə alsaq, Ukrayna gələcəkdə yaşaya bilən dövlət kimi mövcud olacaqmı? Biz aydın bir plan olmadan dəstək vəd edərək Ukraynanı bu münaqişəyə sürüklədiyimiz üçün mənəvi məsuliyyət daşıyırıq. Belə davam etsək, məhv olar. Bu şərtlər altında onun üzvlüyü bağlı danışıqlar tezdir. Əvvəlcə onun sərhədlərini və əhalisini dəqiqləşdirmək lazımdır", - V.Orban qeyd edib.
Qeyd edək ki, Macarıstan AB ölkələrinin Ukraynanın birliyə daxil olması ilə bağlı danışıqlara başlamağa imkan verəcək razılaşma əldə etməsinə qarşıdır.
- Göyçayda 36 yaşlı kişi bıçaqlandı
- Bilgəhdə 23 yaşlı oğlan dənizdə batdı
- Şükürbəyli kəndinə növbəti köç karvanları yola salındı
- Qubada 5 aylıq hamilə xəstəxanada öldü
- Bakıda yanğın təhlükəli sexin fəaliyyəti dayandırıldı
- Ölkəmizi dünya ilə birləşdirən hava körpüsü... - Video
- Şəmkir rayonunda kütləvi zəhərlənmə...
- Şəmkirdə 11 nəfər restoranda zəhərləndi - Yenilənib - Fotolar