Ermənilərin Zəngəzur dəhlizi ilə bağlı şok iddiası: Sentyabra kimi...

09:20 - 30 May 2024 - GÜNDƏM

 Ermənilərin Zəngəzur dəhlizi ilə bağlı şok iddiası: Sentyabra kimi...

Tavuşdan sonra Sünik (Zəngəzur - red) gəlir. Növbəti addımda Azərbaycan Ermənistandan Naxçıvana dəhliz verilməsini tələb edəcək. Türkiyə rəsmiləri artıq açıq şəkildə deyirlər ki, Ermənistan-Azərbaycan münasibətlərinin nizamlanmasında növbəti mərhələ Zəngəzur dəhlizinin açılmasıdır.

BUTA.TV Publika.az-a istinadla xəbər verir ki, bu barədə erməni şərhçi Avetis Babacanyan “Hraparak” nəşrində dərc olunan məqaləsində yazıb.

Erməni şərhçi qeyd edib ki, müharibə təhlükəsi ilə Ermənistandan hər şeyi almaq olar:

“Nikol Paşinyan bunu göstərdi. Zəngəzur dəhlizini könüllü verməliyik, verməsək, müharibə olacaq. Paşinyan inandıracaq ki, məsələ o qədər də pis deyil, azərbaycanlıların o yoldan keçməsi üçün müəyyən imtiyazlar verilir, misal üçün, gömrük nəzarəti olmayacaq. Hakimiyyət Azərbaycana növbəti güzəşti müxtəlif səbəblərlə əsaslandıracaq, insanları əmin edəcəklər ki, Sünik (Zəngəzur) tezliklə sülh qovşağına, ticarət mərkəzinə çevriləcək, hətta o qədər inkişaf edəcək ki, əvvəllər bunun niyə edilmədiyinə peşman olacağıq. Bütün bunlar sentyabr ayına qədər edilməlidir, çünki Azərbaycan, Türkiyə və Ermənistan tələsir. Zəngəzur dəhlizi sentyabr ayına qədər reallaşacaq”.

Bu xəbər hal-hazırda çox oxunur
Putin yalan danışır, əslində isə... - Tramp

A.Babacanyan yazır ki, Rusiya qoşunlarının Zəngəzurda olması Paşinyanın planlarına mane olur.

“Rusiya qoşunları Ermənistan-Azərbaycan sərhədinin müxtəlif yerlərindən çəkilsələr də, onların Sünikdə hərbi mövcudluğu davam edir. Daha əvvəl də məlumat yayılmışdı ki, rus sərhədçilərin Azərbaycanla sərhəddən çıxarılması tələbini Bakı irəli sürüb, İrəvan da bunu icra edib”, - o iddia edir və bildirir ki, Rusiya hərbçiləri Zəngəzurdan tamamilə çıxarsa, bu bölgə Azərbaycan və Türkiyənin nəzarətinə keçəcək.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol