Qərb ölkələri tədricən Ukraynanın təslim olması və Rusiyanın şərtləri ilə sülh danışıqları ilə razılaşır.
BUTA.TV xəbər verir ki, bu barədə iDNES.cz saytının jurnalisti Adam Hajek məqaləsində yazıb.
Məqalədə qeyd edilib ki, əsas güclərin - Rusiya, Çin və ABŞ rəhbərləri iyunda İsveçrədə keçiriləcək sülh sammitində iştirak etməyəcəklər. Tədbirdə iştirak edən ən görkəmli liderlər Almaniya kansleri Olaf Şolts və Fransa Prezidenti Emmanuel Makron olacaq.
"Ukraynalılar üçün bu, həyəcan siqnalıdır. Onların sülh planının əsas məqsədi Qərb müttəfiqlərinin atəşkəs haqqında yüksək səslə danışmasının qarşısını almaqdır. Kiyev ehtiyat edir ki, bu, Koreya ssenarisinə gətirib çıxaracaq: Qərb de-fakto Rusiyanın regionlar üzərində nəzarətini tanıyır", - jurnalist vurğulayıb.
- Vardanyanın saxlanma şəraiti ilk dəfə göstərildi - Video
- Hökumə Əliyevanın ailə üzvləri Aktauya getdi - Video
- Rusiyanın Türkiyəyə qarşı təxribatı - Nə baş verir?
- Bu şəxslərə bayramla əlaqədar 500 manat mükafat verildi
- Ermənistana investisiyalar Türkiyə üçün risklər yaradır
- Ermənistana ixrac edilən neft məhsullarının ilk partiyası - Video
- Azərbaycan şirkətləri Monteneqroda 1 milyard dollar investisiya qoyub
- Kadırov elə bir dəhşətli döyüş kadrı yaydı ki... - Video