Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Bakı-Quba-Rusiya Federasiyası və Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yollarında hərəkətdə olan iriqabaritli və (və ya) ağırçəkili nəqliyyat vasitələrinin çəki və kütlə parametrlərini ölçən texniki vasitələrin (elektron tərəzilərin və çiplərin) ümumi istifadədə olan avtomobil yollarında quraşdırılması ilə əlaqədar hərəkətin yenidən təşkili ilə bağlı hərəkət iştirakçılarına (sürücülərə) çağırış edib.
Agentlikdən BUTA.TV-a verilən məlumata görə, M-1 Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 65,1-ci kilometrində sol tərəfdə (Giləzi-Sitalçay ərazisində Bakı istiqamətində) quraşdırılan elektron tərəzi sisteminin son tamamlanma işləri ilə əlaqədar 10 gün müddətində nəqliyyat vasitələrinin hərəkəti qismən (fasilələrlə) məhdudlaşdırılaraq 500 metr məsafədə kənardankeçmə yolu ilə təşkil edilib.
Həmçinin, M-2 Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 47,9-cu kilometrində (Qaradağ ərazisi, DYP postu yaxınlığında) quraşdırılması nəzərdə tutulan elektron tərəzi sistemi işlərinin başladılması ilə əlaqədar 2 ay müddətində nəqliyyat vasitələrinin hərəkəti qismən (fasilələrlə) məhdudlaşdırılaraq 500 metr məsafədə kənardankeçmə yolu ilə təşkil edilib.
- Küçələrdə ölən aktrisanın sərvəti üzə çıxdı - Fotolar
- Qələbədən sonra duyğusal qucaqlaşma... - Video
- Argentina futbolçuları meydanda siyasi pankart açdı - Fotolar
- Köhnə yara, yeni oyun - Bir adanın kölgəsində
- İnternetdə nasazlıq: 41 namizəd imtahan verə bilmədi
- İnternetdə nasazlıq yarandı - 41 nəfərin imtahanı yarımçıq qaldı
- Sabah Bakının bu ərazilərində işıq olmayacaq
- Gəmidən xilas edilən azərbaycanlılar Vətənə yola salındı