Mayın 31-də Ukrayna Rusiya əsirliyindən daha 75 nəfəri azad edib, onların 71-i hərbi qulluqçudur.
BUTA.TV xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski məlumat yayıb.
“Bütün bu müddət ərzində biz öz insanlarımızı Rusiya əsirliyindən geri qaytara bilmək üçün demək olar ki, bir gün belə fasilə vermədən işləməyə davam etmişik. Bu gün bu gərgin işimizin mühüm nəticəsini görürük: daha 75 nəfərimiz Ukraynaya geri qaytarılıb”, - deyə Zelenski bildirib.
Ukrayna rəhbərinin bildirdiyinə görə, əsirlikdən azad edilənlər Ukrayna Silahlı Qüvvələrinin və Milli Qvardiyanın döyüşçüləri, sərhədçilər və dörd mülki şəxsdir.
“Hər kəs yadımızdadır. Hər bir insanımızı tapa bilmək üçün maksimum səy göstəririk”, - deyən Vladimir Zelenski əsirlərin mübadiləsi işlərini həyata keçirən heyətə təşəkkürünü bildirib.
- Əliyevin Ermənistan qərarı: Qarşıda hələ uzun yol var
- Surət Hüseynov, Əli İnsanov, Əkrəm Əylisli… - Sırada Mehdiyevdir?
- 1992-nin qışını xatırlayın: çörəyimiz yox idi... - Akopyan
- Zəngəzur dəhlizi və BTQ bir-birini tamamlayacaq - Boyraz
- “Nar” “Çoox Şanslı” lotereyasının ilk qaliblərini elan etdi
- Pezeşkian Azərbaycanla bağlı göstəriş verdi - Sənayi
- Macarıstan prezidenti Əli Hüseynlini təltif etdi
- Azərbaycan və Ermənistan nümayəndələri İrəvanda görüşdü