Bakıda səki zəbt edildi, polis hərəkətə keçdi - Foto

22:58 - 31 May 2024 - GÜNDƏM

 Bakıda səki zəbt edildi, polis hərəkətə keçdi - Foto

Bakının Nərimanov rayonunda Aşıq Molla Cümə küçəsində piyadalar üçün nəzərdə tutulan səkilər avtomobil sahibləri tərəfindən zəbt olunub.

BUTA.TV xəbər verir ki, bununla bağlı sosial şəbəkədə paylaşım edilib.

Paylaşımda qeyd olunub ki, nəqliyyat vasitələrinin səkilərdə park edilməsi piyadaların hərəkətinə mane olur və həyatlarını təhlükə altına qoyur.

Məsələ ilə bağlı Bakı Şəhər Dövlət Yol Polis İdarəsinə (BŞDYPİ) sorğu ünvanladıq.

İdarənin təbliğat üzrə inspektoru, polis baş leytenantl Rüstəm Əhmədli Oxu.Az-a bildirdi ki, bu gün sözügedən ərazidə yol hərəkəti qaydalarını pozaraq nəqliyyat vasitələrini düzgün park etməyən sürücülərlə bağlı protokollar tərtib olunub.

"Aşıq Molla Cümə küçəsində Nərimanov Rayonu Dövlət Yol Polis İdarəsinin əməkdaşları tərəfindən mütəmadi olaraq yol hərəkəti qaydalarını pozan sürücülərlə bağlı tədbirlər həyata keçirilir. Fürsətdən istifadə edib hərəkət iştirakçılarından xahiş edirik ki, yol hərəkəti qaydalarına, eləcə də dayanma-durma qaydalarına riayət etsinlər. Qeyd etmək istəyirik ki, piyadalar üçün ayrılmış səkilərin nəqliyyat vasitələrinin sürücüləri tərəfindən zəbt edilməsi, piyadaların hərəkətinə maneə yaradır. Bu səbəbdən bütün sürücüləri piyadaların hərəkətinə maneə törətməməyə çağırırıq", - deyə R.Əhmədli vurğulayıb.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol