Bakıda bir neçə həyət və darvazalara üzərində qan ləkələri olan kağız parçaları yapışdırılıb.
BUTA.TV Lent.az-a istinadən xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat yayılıb. Şikayətçinin sözlərinə görə, hadisə mayın 19-da Bülbülə qəsəbəsində baş verib.
Məlumata əsasən, sözügedən əməl bir neçə azyaşlı tərəfindən dəstə halında törədilib. Həmin qan ləkələri olan kağızlara təhdidlər yazılıb. Uşaqlar divar və darvazalara yapışdıra bilmədikləri kağızları daşa bükərək sakinlərin həyətlərinə atıblar.
Qeyd olunub ki, sakinlərdən biri hadisə ilə bağlı Daxili İşlər Nazirliyinin "102" qaynar xəttinə zəng edərək məlumat verib və Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis Şöbəsində şikayət ərizəsi yazıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məsələ ilə bağlı məlumatlı olduqları və hazırda araşdırma aparıldığı bildirilib.
- Moskva “Tramp yolu”ndan narahatdır
- Rusiya anlayır ki, Azərbaycansız mümkün deyil - Mixaylov
- Qabil Məmmədov yoxa çıxdı: öldürülüb? - Video
- TŞ iclasına qatılmadı – Putin Lavrovu niyə “silir”?
- İrəvan və Bakı arasında tarixi sülh sazişi... -Tramp
- Oskanyan dedi ki, Elmar, elə bilirsən biz ağılsızıq?
- Azərbaycandan gələn buğda yoxlanılacaq - Arutyunyan
- Rusiya Abbasovu 17 il azadlıqdan məhrum etdi