Azərbaycan vergidən yayınmada təqsirləndirilərək 2015-ci ildə barəsində həbs qətimkan tədbiri seçilməklə beynəlxalq axtarışda olan şəxsi Avstriyaya təhvil verib.
BUTA.TV xəbər verir ki, bu barədə Baş Prokurorluğun mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, sözügedən şəxs Türkiyə vətəndaşı, 1975-ci il təvəllüdlü Özbək Qüdrət Abdullətifdir. O, 2023-cü ilin dekabr ayında Azərbaycanda müəyyən edilərək barəsində həbs qətimkan tədbiri seçilib.
Şəxsin verilməsinə dair Avstriya Respublikasının Federal Ədliyyə Nazirliyinin vəsatəti Azərbaycan Baş Prokurorluğu tərəfindən baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
"Ekstradisiya haqqında" Avropa Konvensiyasına və ona Əlavə Protokollara əsasən məhkumun ekstradisiyası haqqında qərar qəbul edilərək Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyun müşayiəti ilə Avstriyanın səlahiyyətli orqanlarına təhvil verilib", - deyə məlumatda qeyd edilib.
- MKİ Xameneinin qaçış planını buna görə yayıb
- Yanacaq qiyməti qalxdı: marşrut və taksi bahalaşa bilərmi?
- Amerikaya qaçırılan Maduro niyə hər kadrda fərqli geyimlərdədir?
- "Baku City Karting"də faciə: 18 yaşlı oğlan öldü
- Ali təhsili olmayan yəhudi prezident – Maduro kimdir?
- Maduronun həbsi bazarları “oynadacaq” - Bakıya da təsir edəcək
- Martda 13 qeyri-iş günü olacaq
- Azərbaycanda bu siqaretlər bahalaşdı - Siyahı