Azərbaycan xanımlarının kəlağayı ilə yanaşı baş örtüləri içərisində kustar üsulla toxunan və fabrik istehsalı olan örpəklər də məxsusi yer tuturdu. Şirvanda və Qarabağda belə örpəklərin “şalı-zər”, “sərəndaz”, “zərbaf”, “zərli örpək” və sairələri məşhur idi.
Kult.az xəbər verir ki, bu sözləri tarixçi alim Zaur Əliyev qeyd edib.
O bildirib ki, XIX əsrin sonu, XX əsrin əvvələrində Azərbaycanın varlı xanımlarının istifadə etdiyi şal növlərindən biri də “torksin” adlanırdı:
“Hər varlı ailə bunu əldə edə bilmirdi. Dəyəri qızıl pulla ölçülən bu şallar necə dəb oldu? Xüsusilə Qarabağda imkanlı ailələrin ala bildiyi bu şalın tarixi nə idi?
Bu şal az tapılan, bahalı (ipək – red.) materialdan hazırlanırdı. Bunların üzəri tikmələrlə işlənirdi. Rənglərin seçimi də xüsusi olurdu. Avropa və Şərq üslubunda hazırlanan bu şalların satışı Qafqazda, Moskvada, Peterburqda idi. Onu almaq üçün Bakıya, ya da Moskvaya getmək lazım idi.
XX əsrin 30-cu illərinə qədər Azərbaycanda xüsusi mağazalardan alına bilərdi. Bu, əsasən, qızıl mağazaları olurdu. Hər kəs bu mağazaya daxil ola bilmirdi. Çünki burada ticarət ancaq qızıl pulla edilirdi. Bir xanım torksin şal ilə firuzə qaşlı üzük taxırdısa, bilirdilər ki, o, bəy-xan nəslindəndir.
Qeyd edim ki, “torksin donu" deyilən geyim növü də var idi ki, bu da çox bahalı idi. Bu donu xüsusi günlərdə geyinərdilər”.
- Sensasion həbslər gözlənilir, gözlərinin yaşına baxmayacaqlar
- Mehdiyevin səfirə Türkiyə ilə bağlı təxribatçı tapşırığı
- Ramiz Mehdiyevin həyat yoldaşı da dindirildi
- Mehdiyevdən sonra onun həbsi gündəmdə - Avropa mediası yazdı
- Əli Həsənov həbs edilə bilər – Fövqəladə iclas
- Bakı ilə komissiya yaradılıb, proses davam edir - Simonyan
- Erməni qayınanasının dəfninə gələ bilməyən nankor yavər
- Mehdiyev işdən çıxandan sonra “prezident otağına” niyə qayıdıb?