Hindistanın Yeni Dehli şəhərində son 74 ilin ən uzun istilik mövsümü qeydə alınıb.
BUTA.TV xəbər verir ki, bu barədə “Tayms of İndia” məlumat yayıb.
“Termometrlərin gün ərzində ən azı müsbət 40 dərəcəni göstərdiyi istilik dövrü 39 gündür ki, davam edir. Bu müddət ərzində gündüz havanın temperaturu 7 gün dalbadal 45 dərəcədən çox olub ki, bu da şəhər üçün yeni rekorddur. Hindistan meteoroloqları tərəfindən mayın 28-də şəhərin Mangeşpur və Narela rayonlarında rekord həddə - 49,9 dərəcə istilik qeydə alınıb”, - məlumatda deyilib.
Hindistan Meteorologiya Departamentinin məlumatına görə, 1951-ci ildən bəri Yeni Dehlidə 2024-cü ildəki kimi uzun isti mövsümü olmayıb.
Şuşa Media Forumunda Prezidentin yanında diqqətçəkən xanım kimdir? - FOTOLAR
- Pelleqrini İlham Əliyevə xizək hədiyyə etdi
- Sahibə Qafarovanın bu vəzifəyə namizədliyi irəli sürüldü
- “AzerGold”un təşkilatçılığı ilə Göygöldə tibbi müayinə aksiyası...
- Prezidentin maşınında selfi çəkdi - Foto
- Üzeyir bəyin abidəsi baxımsız vəziyyətdədir - Video
- Prokuror Benizə ağır cəza istədi
- Sabah 40 dərəcə isti olacaq
- Bənizin 11 il həbsi tələb edildi