Daşkəsən rayonunun sabiq icra başçısı Əhəd Abıyev ötən gün Daşkəsən Rayon İcra Hakimiyyətində keçirilən korrupsiya əməliyyatına münasibət bildirib.
BUTA.TV xəbər verir ki, "Unikal"a açıqlama verən Əhəd Abıyev əməliyyat nəticəsində saxlanılan məmurları vəzifəyə onun təyin etmədiyini deyib:
"Bu işin mənə nə dəxli var? Mənim dövrümdə belə hallar olmayıb. Məsələn, mənim dövrümdə qazi icra hakimiyyətinin qarşısında özünü yandıraraq ölürdü? Xeyr. Bu hadisələr məndən sonra olub.
13 il işləmişəm, rayon da 1-ci yerdə olub. Bir dənə də olsun ərizə, şikayət yox idi. SEO Xidməti
Niderlandlı qadına Şəkidə itlər hücum etdi - Belə xilas olundu+Video
Mən özüm ərizə yazıb təqaüdə çıxmışam. Hazırda Bakıda yaşayıram. Hər gün 5 saat yarım yolu gedib-gəlməməliyəm ki?
Bəziləri yazırlar ki, Əhəd müəllimi də istintaqa çağırıblar. Bunlar yalandır.
Mən 1 ildir Daşkəsənin icra başçısı vəzifəsindən kənarlaşmışam. Çox adam vəzifədən gedir. Məgər, hamısını çağırırlar ki, filankəs, sən belə eləmisən? Mənim adımı niyə çəkməlidirlər?
Kim nə hərəkət edirsə, nə cinayət törədirsə, öz cəzasını da alır. Özləri bilər. Saxlanılan şəxslərlə bağlı qanuni tədbir görəcəklər", - deyə o bildirib.
Qeyd edək ki, ötən gün Daşkəsən İcra Hakimiyyətində keçirilən əməliyyat nəticəsində memarlıq və tikinti şöbəsinin müdiri Elman Məmmədov və ümumi şöbənin işçisi Yaqub Bayramov saxlanılıb.
Sosial şəbəkələrdə Daşkəsənin sabiq icra başçısı Əhəd Abıyevin də məlum həbslərlə əlaqədar saxlanıldığı iddia olunub.
- Rusiya meşə yanğını yaşayış sahələrinə çatır
- Rusiya danışıqlara açıqdır - Kreml
- Hörmüzdə neft tankeri hücuma məruz qaldı
- Marseldə atışma: ölən və yaralananlar var
- “Turan Tovuz” uduzdu, Berdiyevin istefasını tələb etdilər - Video
- Gürcüstanın bu zavodu rus neftindən tamamən imtina etdi
- Ermənilərdən daha çox erməni ola bilmərik - Peskov
- Suriyada tayfalar arasında silahlı qarşıdurma: ölənlər var